Simeone finaldan danışdı
“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone bu gecə “Real Sosyedad”a qarşı keçiriləcək Kral Kuboku finalından əvvəl fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis belə deyib:
“Biz bilirik ki, hər bir idmançı üçün finalda oynamaq və qələbə üçün hər şeyini vermək nə qədər möhtəşəmdir. Çərşənbə axşamı biz böyük bir oyun keçirdik [“Barselona”ya qarşı 1:2 məğlubiyyətlə], bu nəticə Çempionlar Liqasının yarımfinalına yüksəlməyimizi təmin etdi, amma indi reallığa qayıtmışıq,” – deyə Simeone bildirib.
“Biz güclü rəqibə qarşı oynayacağımız çətinlikləri anlayırıq. Onların müxtəlif hücum sistemləri var. Onlara qalib gəlmək üçün bizi uğura apara biləcək şəkildə oynamağa çalışacağıq.”
© Copyright 2026, All Rights Reserved