Stanişiç: “Rüdiger məni təhqir etdi”
Stanişiç: “Rüdiger məni təhqir etdi, bu qəbuledilməzdir”.
90plus.az xəbər verir ki, “Bayern”in futbolçusu Yosip Stanişiç UEFA Çempionlar Liqasının 1/4 final cavab oyunundan sonra “Real Madrid”in müdafiəçisi Antonio Rüdiger ilə bağlı iddia irəli sürüb.
Xorvatiyalı futbolçu matçdan sonra açıqlamasında Rüdiger tərəfindən təhqir olunduğunu bildirib:
“Rüdiger məni təhqir etdi və mənim fikrimcə bu tamamilə qəbuledilməzdir”.
Stanişiç əlavə edib ki, qarşıdurma zamanı yalnız bir söz işlədilib və həmin söz iki dəfə təkrarlanıb:
“Sadəcə bir söz dedi, iki dəfə təkrarladı. İstəsəniz ondan soruşa bilərsiniz. Bəlkə də bunu etiraf edəcək qədər kişi deyil”.
Qeyd: "Bayern Münhen” iki oyunun nəticəsinə görə “Real Madrid”i 4:3 hesabı ilə mübarizədən kənarlaşdırıb. Almaniyada keçirilən cavab görüşündə qələbə qazanan Münhen klubu yarımfinala yüksəlib və burada “Paris Sen-Jermen” ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved