Tennis: Londonda ilk gündən sürpriz nəticə
Tennis mövsümünün üçüncü "Qrand Slam" turniri olan "Uimbldon"un əsas tablo qarşılaşmaları start götürdü.
90plus.az xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində keçirilən turnirin səhər sessiyasında baş tutan oyunlarda qadınlar təkdə Belaruslu Arina Sabalenka və türk əsilli Böyük Britaniyalı Sonay Kartal ikinci mərhələyə yüksəldi, kişilər arasında isə Rusiya təmsilçisi Daniel Medvedev ilk mərhələdə mübarizəni dayandırdı.
Qadınların dünya birincisi və 2024-cü il "Avstraliya Açıq" çempionu Arina Sabalenka ilk mərhələdə kanadalı rəqibi Karson Branstini 6-1, 7-5 hesabları ilə 2-0 məğlub edərək növbəti mərhələyə adladı.
Sonay Kartal isə 21-ci sıradan olan latviyalı rəqibi Yelena Ostapenkonu 7-5, 2-6, 6-2 hesabı ilə 2-1 qalib gələrək ikinci mərhələyə yüksəldi.
Kişilərdə 9-cu seriyaçı Rusiya təmsilçisi Daniel Medvedev fransalı rəqibi Benjamin Bonziyə 7-6, 3-6, 7-6, 6-2 hesabları ilə 3-1 uduzaraq turniri ilk mərhələdə tərk etdi.
12-ci seriyaçı ABŞ təmsilçisi Franses Tiafoe danimarkalı rəqibi Elmer Molleri 6-3, 6-4 və 6-2 hesabları ilə 3-0 məğlub edərək ikinci mərhələyə yüksəldi.
"Avstraliya Açıq", "Fransa Açıq" (Roland Garros) və "ABŞ Açıq" ilə birlikdə tennis mövsümünün ən önəmli dörd turnirindən biri olan "Uimbldon"da bu il qadınlar təkdə çempion 12 iyul şənbə günü, kişilər təkdə isə 13 iyul bazar günü müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved