Tennis ulduzu Alkaraz Arnoldla tanışacağı günü gözləyir
Dünya tennis ulduzu Karlos Alkaraz: “Trentlə tanış olanda onunla ispan dilində danışacağam, o, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir”.
90plus.az xəbər verir ki, Roland Garrosdakı son uğurundan sonra ispan tennisçisi Karlos Alkaraz “Real Madrid”in yeni transferi Trent Aleksander-Arnolda heyranlığını ifadə edib. Rafael Nadal kimi qatı “Real Madrid” azarkeşi olan 22 yaşlı Alkaraz BBC Sport-a verdiyi müsahibədə ingilis futbolçunun ispan dilini bilməsini və oyun keyfiyyətlərini yüksək qiymətləndirib.
Alkaraz bildirib:
“Əgər bir gün Trentlə tanış olsam, onunla ispan dilində danışacağam. Onun ispan dili çox yaxşıdır. Eşidəndə çox təəccübləndim.”
O, həmçinin Aleksander-Arnoldu “dünyanın ən yaxşı sağ cinah müdafiəçisi” adlandırıb və əlavə edib:
“Trentin ‘Real Madrid’de olması möhtəşəmdir. Ona böyük hörmətim var. Əminəm ki, o, dünyanın ən yaxşı sağ cinah müdafiəçisi olacaq.”
Trent Aleksander-Arnoldun “Real Madrid”dəki təqdimatı zamanı sərgilədiyi ispan dili bacarığı bir çoxlarını təəccübləndirib. Bu, onun kluba və ispan mədəniyyətinə uyğunlaşmaq istəyini göstərir. Azarkeşlər Trentin qarşıdakı FIFA Klublararası Dünya Çempionatında debütünü səbirsizliklə gözləyirlər.
“Real Madrid” turnirdəki ilk oyununu iyunun 17-də Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”a qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved