Türkiyəlilər tarix yazdı – Dünya Çempionatında ilk dəfə finaldadır
Türkiyənin qadınlardan ibarət voleybol millisi Taylandın paytaxtı Banqkokda təşkil olunan FIVB Qadınlar Dünya Voleybol Çempionatının yarımfinalında Yaponiya ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, Huamark İdman Salonunda baş tutan qarşılaşmaya yaxşı başlayan Yaponiya ilk seti 25-16 hesabı ilə qazansa da, sonrakı setlərdə türkiyəlilər oyunun gedişatını dəyişməyi bacarıb. Türkiyə millisi ikinci seti 25-17, üçüncü seti isə 25-18 hesabı ilə üstün tamamlayıb. Son setdə də rəqibə şans verməyən komandamız yekunda 3-1 hesablı qələbə ilə Dünya Voleybol Çempionatı tarixində ilk dəfə finala yüksəlib.
Digər yarımfinal görüşündə isə İtaliya ilə Braziliya üz-üzə gəlib. Gərgin və yüksək tempdə keçən qarşılaşma 5 set davam edib. Qarar setinə gedən oyunda İtaliya son anda üstünlük əldə edərək 3-2 hesabı ilə qalib gəlib və türklərin finaldakı rəqibi olub.
Final oyunu sabah keçiriləcək və Türkiyə millisi qızıl medal uğrunda İtaliya ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved