UFC-Bakı başa çatıb! Gecənin əsas qalibi odur
“UFC Fight Night” Bakıda başa çatdı: Rountri Hill üzərində qalib gəldi, azərbaycanlılardan iki qələbə gəldi.
90plus.az xəbər verir ki, Bakıda ilk dəfə keçirilən “UFC Fight Night” turniri artıq tarixə qovuşub. Gərgin və maraqlı keçən döyüş gecəsinin əsas qarşılaşması ABŞ təmsilçiləri – Camal Hill və Halil Rountri arasında baş tutub.
Yarımağır çəkidə keçirilən beş raundlu döyüşdə üstün tərəf Rountri olub. Təsirli performansı ilə yadda qalan döyüşçü görüşdən sonra azarkeşlərə təşəkkür etməyi də unutmayıb:
“Bakıya və azarkeşlərə təşəkkür edirəm. Məni yaxşı qarşıladılar. Buraya özümü sübut etməyə gəlmişdim”, – deyə Rountri bildirib.
UFC döyüşçüsü, gecənin əsas qalibi Halil Rauntri oktaqona çıxarkən səslənən sevimli mahnısını oxudu: https://t.me/doxsanplus/104380
Gecədə Azərbaycan idmançılarının da iştirakı azarkeşlər üçün xüsusi maraq doğurub.
– Rafael Fiziyev Çili təmsilçisi İqnasio Bahamondesə qarşı döyüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib.
– Nazim Sadıxov isə braziliyalı Nikolas Mottanı nokaut edərək adını UFC-nin Bakı turnirində nokautla qalib gələn ilk azərbaycanlı kimi tarixə yazdırıb.
– Təəssüf ki, Tofiq Musayev Qırğızıstanlı Mıktıbek Orolbai ilə döyüşdə ilk raundda məğlub olub.
Beləliklə, UFC-nin Bakı mərhələsi həm yerli döyüşçülərin uğurlu çıxışları, həm də beynəlxalq ulduzların mübarizəsi ilə yadda qaldı. Turnir azarkeşlər və UFC üçün uğurlu regional təcrübə oldu.
© Copyright 2026, All Rights Reserved