“Uimbldon”da bütün yarımfinalçılar bəlli oldu
Mövsümün üçüncü “Qrand Slam” tennis turniri olan “Uimbldon”da kişilər arasında yarımfinalçılar müəyyənləşib.
90plus.az xəbər verir ki, italiyalı Yannik Sinner və serbiyalı ulduz Novak Çokoviç növbəti mərhələyə yüksəlib. Digər yarımfinalda isə ispaniyalı Karlos Alkaraz və ABŞ təmsilçisi Teylor Fris qarşılaşacaq.
Londonda keçirilən turnirin 10-cu günündə dünya reytinqinin lideri Yannik Sinner amerikalı Ben Şelton ilə üz-üzə gəlib. Sinner rəqibini 7-6, 6-4, 6-4 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Günün digər görüşündə isə dünya 6-sı Novak Çokoviç italiyalı Flavio Kobolli ilə qarşılaşıb. Təcrübəli serb tennisçi 6-7, 6-2, 7-5, 6-4 hesabı ilə qalib gələrək Sinner ilə yarımfinalda qarşılaşmaq hüququ əldə edib.
Turnirin digər yarımfinalında isə Karlos Alkaraz və Teylor Fris finala gedən yolda mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved