AFFA rəsmisinə UEFA-dan təyinat
UEFA beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə növbəti dəfə tapşırıq verib.
90plus.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində təşkil olunacaq Belarus – Avstriya qarşılaşmasında hakim-inspektor kimi çıxış edəcək.
Görüş sentyabrın 8-də Gürcüstanın Qori şəhərində yerləşən Tengiz Burcanadze stadionunda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved