Alvaresin qardaşları Messinin evinə yaxın ev axtarır
Xulian Alvaresin qardaşları Barselonada ev axtarır və bu, futbolçunun yayda “Atletiko Madrid”dən “Barselona”ya mümkün transferi ilə bağlı söz-söhbətləri daha da gücləndirir. Bu barədə TNT Sports Mexico məlumat yayıb.
90plus.az xəbər verir ki, argentinalı jurnalist Emiliano Raggi bildirib ki, futbolçunun ətrafı Kasteldefelsdə – Lionel Messinin evinə yaxın ərazidə, həmçinin “Spotify Camp Nou”nun yerləşdiyi Les Korts rayonunda variantlara baxır.
26 yaşlı hücumçu 2030-cu ilə qədər “Atletiko Madrid”lə müqavilə ilə bağlıdır və “Barselona” onu yaşlanan Robert Levandovskini əvəzləmək üçün əsas namizəd kimi görür.
“Atletiko Madrid”in prezidenti Xavyer Sereso dəfələrlə Alvaresin komandada qalmaq istədiyini desə də, ailəsinin bu addımı vəziyyətin dəyişə biləcəyini göstərir.
“Barselona”nın idman direktoru Deko Alvaresi Hans-Diter Flikin sisteminə uyğun ideal hücumçu hesab edir. Futbolçunun qardaşları Aqustin və Rafael hazırda Madriddə aşağı liqalarda çıxış edir və tez-tez onun yanında olurlar. İndi isə onların Kataloniyada ev axtarması diqqət çəkir.
Diario SPORT bu məlumatı təsdiqləyə bilməsə də, baş verənlər transferin reallaşa biləcəyi ilə bağlı ehtimalları artırır.
© Copyright 2026, All Rights Reserved