Niko Pas “Real”ın əsas hədəfidir
“Real Madrid” 2026-cı il üçün ilk transfer planını artıq müəyyənləşdirib.
90plus.az xəbər verir ki, Madrid klubu bir neçə ay əvvəl də gündəmdə olan Niko Pası geri qaytarmağı planlaşdırır. İspaniya təmsilçisinin futbolçu üçün mövcud olan geri alma bəndinin yanvar ayında qüvvədə olmayacağı bildirilir. Bu səbəbdən “Komo” argentinalı yarımmüdafiəçini mövsümün sonuna qədər komandada saxlamaq niyyətindədir.
Transfer planına əsasən, razılaşmanın 2026-cı ilin iyun ayında rəsmiləşdirilməsi gözlənilir. Bildirilir ki, futbolçunun özü də “Real Madrid”ə qayıtmağa müsbət yanaşır və artıq bu keçidə “hə” deyib.
Niko Pas cari mövsümdə “Komo” ilə İtaliya A Seriyasında 32 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun performansı Avropanın bir sıra top klublarının diqqətini cəlb etsə də, “Real Madrid” transferdə bir addım öndə görünür.
Fabrizio Romano-nun məlumatına görə, Madrid klubu futbolçunu uzunmüddətli layihənin bir hissəsi kimi görür və geri qaytarma əməliyyatını yayda reallaşdırmaq niyyətindədir.
© Copyright 2026, All Rights Reserved