Jalə Əliyeva - bürünc medal
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatında medal sevinci yaşayıb.
90plus.az xəbər verir ki, yığmamızın üzvü bürünc mükafata sahib çıxıb. Üçüncü yer uğrunda keçirilən görüşdə Jalə belaruslu Arina Demçankonu məğlub edərək yarışları 3-cü pillədə başa vurub.
Beləliklə, Jalə Əliyeva turniri fəxri kürsüdə tamamlayıb.
© Copyright 2026, All Rights Reserved