"Araz Naxçıvan"dan 7 qollu qələbə

"Araz Naxçıvan" futzal klubu Çempionlar Liqasının ilkin mərhələsində Estoniya klubuna 7 cavabsız qol vurub.
90plus.az xəbər verir ki, B qrupunda yer alan komandamız Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gəlib və 7:0 hesabı ilə qələbə qazanıb.
Qeyd:"Araz-Naxçıvan" ilk oyunda Şimali İrlandiyanın “Sparta Belfast” klubuna 7:1 hesabı ilə qalib gəlib.
Vitali Borisovun baş məşqçisi olduğu komanda avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.
Əlavə: Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
© Copyright 2025, All Rights Reserved