Xavi Simonsun zədəsi ağırdır, mundiala da çatmır
Xavi Simons ciddi zədə aldı – mövsümü və 2026 Dünya Çempionatını buraxacaq.
90plus.az xəbər verir ki, “Tottenhem”in və Niderland millisinin futbolçusu Xavi Simons ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
Məlumata görə, 23 yaşlı yarımmüdafiəçi sağ dizinin ön çarpaz bağını (ACL) qoparıb və yaxın günlərdə əməliyyat olunacaq. Zədənin nəticəsində onun həm mövsümün qalan hissəsini, həm də 2026-cı il Dünya Çempionatını buraxacağı bildirilir.
“Hər şey bir anda əlimdən uçub-getdi”
Futbolçu sosial şəbəkə hesabında emosional paylaşım edərək vəziyyəti ağır şəkildə qəbul etdiyini bildirib:
Simons qeyd edib ki, mövsümünün qəfil bitməsi və milli komandanın Dünya Çempionatında oynamaq imkanını itirməsi onu sarsıdıb. Onun sözlərinə görə, hazırda vəziyyəti anlamağa və qəbul etməyə çalışır.
O, həmçinin komandasına dəstək olacağını və geri dönmək üçün mübarizəni davam etdirəcəyini vurğulayıb:
“Bu yol asan olmayacaq, amma güclü qayıdacağımda şübhəm yoxdur.”
Bərpa müddəti
Bu zədələrdə bərpa prosesi adətən uzun çəkir və futbolçunun ən azı bir neçə ay, bəzən isə daha çox müddət yaşıl meydanlardan uzaq qalması gözlənilir. İlkin proqnozlara əsasən, Simonsun 2027-ci ildən əvvəl tam formada qayıtması çətin görünür.
“Tottenhem” və Niderland futbol ictimaiyyəti gənc futbolçuya sosial şəbəkələrdə dəstək mesajları göndərib.
© Copyright 2026, All Rights Reserved