Kobbi Maynu yeni 5 illik müqaviləyə hazırdır
“Mançester Yunayted” gənc ulduzu ilə yeni müqaviləyə yaxındır.
90plus.az xəbər verir ki, Kobbi Maynu karyerasını “Mançester Yunayted”də davam etdirməyə çox yaxındır. İngiltərəli yarımmüdafiəçinin klubla yeni müqavilə imzalayacağı gözlənilir.
Məlumata görə, futbolçu artıq “qırmızı şeytanlar”la 5 illik yeni sözləşmə ilə bağlı şifahi razılığa gəlib. Rəsmi açıqlamanın isə yaxın günlərdə verilməsi ehtimal olunur.
Maynu özü də komandadakı vəziyyətindən məmnun olduğunu gizlətməyib:
“Burada keçirdiyim hər dəqiqədən zövq almışam, baxmayaraq ki, hamısı qələbə ilə nəticələnməyib. Meydanda olmaq möhtəşəmdir, xüsusilə də hazırkı baş məşqçinin rəhbərliyi altında. Ondan böyük inam hiss edirəm”.
Gənc yarımmüdafiəçi son dövrlərdə “Mançester Yunayted”in əsas heyətində daha çox şans qazanır və klubun gələcək planlarında mühüm yer tutur. Yeni müqavilə də bunun təsdiqi kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved