Aşraf Hakimi “Bayern”ə qarşı oynamayacaq
Aşraf Hakimi növbəti həftə “Bayern Münhen” ilə PSJ arasında keçiriləcək Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyəcək. Bu barədə jurnalist Fabris Hokins (RMC Sport) məlumat yayıb.
90plus.az xəbər verir ki, jurnalist bu sözləri deyib:
“Aşraf Hakimi ‘Bayern’ ilə cavab oyununda olmayacaq. O, dünən zədələnib.
Bu gün keçirilən tibbi müayinələr onun bud əzələsində yırtıq olduğunu təsdiqləyib. Daha əvvəl də bu ehtimal irəli sürülmüşdü.”
Hakimi zədəsini “Bayern”ə qarşı ilk oyunda top uğrunda mübarizə zamanı Konrad Laymer ilə toqquşarkən alıb.
PSJ indi ümid edir ki, müdafiəçi mövsümün son hissəsində yenidən komandaya kömək edə biləcək.
© Copyright 2026, All Rights Reserved