Ayxan Abbasov: "Məqsədimiz C Liqasına qayıtmaqdır"
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkatmasının nəticələrinə münasibət bildirib.
90plus.az xəbər verir ki, mütəxəssis püşkü şərh edərək rəqibləri əvvəlcədən təhlil etdiklərini qeyd edib. O, qarşıdakı yoldaşlıq oyunlarının komandanın heyətinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb və əsas məqsədin yenidən C Liqasına vəsiqə qazanmaq olduğunu diqqətə çatdırıb.
“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.
Qeyd: Millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.
© Copyright 2026, All Rights Reserved