“Barselona” qələbə ilə çempionluğa yüyürür
“Barselona” “Osasuna” üzərində 2:1 hesablı qələbə qazandıqdan sonra növbəti həftə “Real Madrid”lə “Kamp Nou”da keçiriləcək oyunda La Liqanı qazana bilər:
1. Barselona - 88 xal
2. Real Madrid - 74 xal
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 34-cü turunda “Barselona” qələbə ilə çempionluğunu qorumaq yolunda çox vacib addım atdı. Görüşün son 10 dəqiqəsində Robert Levandovski və Ferran Torres fərqləndi. Bu nəticə o deməkdir ki, kataloniyalılar növbəti turda “Real Madrid”ə məğlub olmasalar və ya “Kral klubu” bazar günü “Espanyol”u məğlub edə bilməsə, çempionluğu rəsmiləşdirəcəklər:
Osasuna 1 - 2 Barselona
R. Levandovski 81’
F. Torres 86'
R. Qarsiya 88’
“Barselona” La Liqanı qazanmağa cəmi bir oyun uzaqdır.
© Copyright 2026, All Rights Reserved