“Barselona” stadiondan illik 80 milyon avro qazanmağı hədəfləyib
“Barselona” Spotify Kamp Nou stadionunun üçüncü tribunasının mərhələli açılışından ciddi maliyyə gəliri gözləyir. Proqnozlara görə, tribuna tam istifadəyə verildikdən sonra klub illik 80 milyon avrodan çox gəlir əldə edə bilər.
90plus.az xəbər verir ki, daxili hesablamalara əsasən, stadionun ümumi yenidən qurulması və tutumun təxminən 105 min yerə çatdırılması ümumilikdə 350 milyon avroya qədər gəlir gətirə bilər. Bu məbləğ tələbatdan və bilet qiymətlərindən asılı olacaq.
Üçüncü tribuna mərhələli şəkildə istifadəyə veriləcək. İlk mərhələ oktyabr ayına planlaşdırılır və yan sektorda 10 mindən çox oturacaq açılacaq. Bu hissənin mövsüm üzrə təxminən 27 milyon avro gəlir gətirəcəyi gözlənilir.
İkinci mərhələdə “Tribuna” sektoru açılacaq, burada da təxminən 10 min yer olacaq və 25 milyon avro civarında gəlir proqnozlaşdırılır. Lakin bu yerlərin bir hissəsi media və rəsmi şəxslər üçün ayrılacaq.
Son mərhələdə isə stadion tam şəkildə istifadəyə veriləcək – qapı arxası və künc sektorları açılacaq və ümumi gəlir illik 80 milyon avronu keçəcək.
Üçüncü tribuna daxilində yerləşən VIP lojalar da yüksək gəlir mənbəyi kimi xüsusi rol oynayacaq.
Stadionun yenidən qurulması “Barselona”nın uzunmüddətli maliyyə strategiyasının əsas hissəsidir.
© Copyright 2026, All Rights Reserved