PSJ-də şans qazanmadı, getmək istəyir
Qonsalo Ramoşun PSJ-dən ayrılığı gündəmdə – yayda transfer ehtimalı var.
90plus.az xəbər verir ki, Qonsalo Ramoş yay transfer pəncərəsində "Paris Sen-Jermen"dən ayrıla bilər. Portuqaliyalı hücumçunun yeni layihələrə açıq olduğu və əsas heyətdə daimi çıxış etmək üçün başqa variantları dəyərləndirdiyi bildirilir.
Bununla belə, Ramoş mövsümün sonuna qədər PSJ-də tam fokusla çıxış edəcək və klubun uğurları üçün maksimum səylə oynamağa davam edəcək. Komanda daxilində onun peşəkarlığı yüksək qiymətləndirilir.
Yayda isə vəziyyət dəyişə bilər. Futbolçuya bir neçə klubun maraq göstərdiyi və onun start heyətində daha çox oynaya biləcəyi bir komandaya keçid ehtimalının olduğu qeyd olunur.
Hazırda PSJ hücumçunun gələcəyi ilə bağlı yekun qərarı gözləyir.
© Copyright 2026, All Rights Reserved