İnfantino: “İran 2026 Dünya Çempionatında iştirak edəcək”
RƏSMİ: İran 2026 Dünya Çempionatında iştirak edəcək.
90plus.az xəbər verir ki, FIFA prezidenti Canni Infantino İran millisinin 2026-cı il Dünya Çempionatında iştirak edəcəyini rəsmən açıqlayıb.
FIFA rəhbəri bildirib ki, İranın turnirdə iştirakı ilə bağlı heç bir dəyişiklik yoxdur və komanda planlaşdırıldığı kimi yarışda yer alacaq:
“Artıq, tam dəqiqdir ki, İran orada olacaq və bizim məsuliyyətimiz birləşdirməkdir”.
İnfantino həmçinin İran millisinin oyunlarını ABŞ-da keçirəcəyini də təsdiqləyib:
“Əvvəldən açıq şəkildə təsdiqləmək istəyirəm ki, İran 2026 Dünya Çempionatında iştirak edəcək”.
“Və təbii ki, İran oyunlarını Amerika Birləşmiş Ştatlarında keçirəcək”.
Son dövrlərdə geosiyasi gərginliklər səbəbindən İranın turnirdə iştirakı və oyunların başqa ölkəyə köçürülməsi ilə bağlı müxtəlif iddialar yayılmışdı. Xüsusilə matçların Meksikaya keçirilməsi variantı müzakirə olunurdu. Lakin FIFA bu ehtimalları rədd edərək ilkin planın qüvvədə qaldığını bildirib.
ABŞ rəsmiləri də İran millisinin futbolçularına turnir müddətində ölkəyə giriş icazəsi veriləcəyini açıqlayıb. Bununla yanaşı, bəzi İran rəsmilərinin Kanadada keçirilən FIFA Konqresində iştirakına icazə verilmədiyi bildirilir.
İran yığması turnir zamanı Tukson, Arizona şəhərində yerləşəcək. Komanda G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.
İran millisi Dünya Çempionatındakı ilk oyununu 15 iyun tarixində Los-Ancelesdə Yeni Zelandiya yığmasına qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved