Meyson Maunt: “Məqsədim Premyer Liqa çempionluğudur”
Meyson Maunt: “Mançester Yunayted” çempionluğa oynaya bilər".
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt komandası ilə bağlı iddialı açıqlama verib.
İngilis futbolçu bildirib ki, “qırmızı şeytanlar” növbəti mövsümdə Premyer Liqa çempionluğu uğrunda mübarizə aparmaq gücündədir:
“Artıq Çempionlar Liqasını qazanmışam, indi məqsədim Premyer Liqanı qazanmaqdır. Buna nail ola bilərikmi? Bəli, düşünürəm ki, bacararıq”.
Maunt əlavə edib ki, bu hədəf uzaq görünsə də, komandanın inkişafı üçün belə düşüncə vacibdir:
“Bu, bir qədər uzaq kimi görünə bilər, amma komanda olaraq özünü inkişaf etdirmək üçün belə mentalitetə sahib olmalısan”.
25 yaşlı futbolçu “Mançester Yunayted”in artıq güclü rəqiblərə qarşı potensialını göstərdiyini də vurğulayıb:
“Biz artıq ‘Mançester Siti’, ‘Liverpul’, ‘Çelsi’, ‘Arsenal’ kimi böyük komandalarla oyunlarda nəyə qadir olduğumuzu göstərmişik”.
O, əsas hədəfin sabitlik olduğunu qeyd edib:
“İndi məsələ bunu daha böyük səhnədə – Çempionlar Liqasında və Premyer Liqada daha stabil şəkildə göstərməkdir”.
Maunt sonda şəxsi hədəfini də açıqlayıb:
“Ümid edirəm ki, növbəti mövsüm bu prosesin əsas hissəsi olacağam. Məqsədim aydındır – liqanı qazanmaq istəyirəm”.
Qeyd: “Mançester Yunayted” sonuncu dəfə 2013-cü ildə, komandanın baş məşqçisi Aleks Ferqyusonun rəhbərliyi altında İngiltərə çempionu olub.
© Copyright 2026, All Rights Reserved