Bukayo Sakadan finalöncəsi açıqlama
Bukayo Saka: “Arsenal”ın tarixində iz qoymaq istəyirəm”.
90plus.az xəbər verir ki, “Arsenal”ın ulduz futbolçusu Bukayo Saka Çempionlar Liqasının finalı öncəsində iddialı açıqlama verib.
İngiltərə millisinin üzvü klubla birlikdə yeni tarix yazmaq istədiyini bildirib:
“Yolum 7 yaşımda başladı. İndi “Arsenal”la Premyer Liqanı qazanmışam və sabah Çempionlar Liqasını da qazana bilərəm. Sevdiyim klubun tarixində iz qoymaq istəyirəm”.
24 yaşlı vinger komandasının ilk Çempionlar Liqası titulunu qazanmasına kömək etmək üçün əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd: UEFA Çempionlar Liqasının finalında “Arsenal” və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 30-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
London təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının kubokunu qazanmağa çalışacaq, PSJ isə klub tarixinin ikinci çempionluğunu hədəfləyir.
© Copyright 2026, All Rights Reserved