Messi qol vurdu, komandasına bəs etmədi
"İnter Mayami 3:4 Orlando Siti" – Derbidə inanılmaz geridönüş. Messinin komandası məğlub oldu.
90plus.az xəbər verir ki, ABŞ-ın MLS çempionatında gecənin ən yadda qalan qarşılaşmalarından biri baş tutub. Lionel Messinin çıxış etdiyi “İnter Mayami” doğma meydanda “Orlando Siti”yə 3:4 hesabı ilə uduzub.
Görüşə sürətli başlayan Mayami təmsilçisi qısa müddətdə 3 top fərqi ilə önə keçərək rahat qələbəyə doğru irəliləyirmiş kimi görünürdü. Lakin oyunun gedişi gözlənilməz şəkildə dəyişdi.
İlk 30 dəqiqədə çətin anlar yaşayan “Orlando Siti” fasilədən sonra tamamilə fərqli sima göstərdi. Qonaqlar ardıcıl hücumlarla hesab arasındakı fərqi azaltdı və oyunun sonlarına yaxın böyük geridönüşə imza ataraq 4:3 hesablı qələbə qazandı. Mayami təmsilçisinin 3-cü qolunu Lionel Messi vurub.
Bu nəticə ilə “Orlando Siti” cari mövsümdə üçüncü qələbəsini əldə edib və səfərdə ilk dəfə qalib gəlib. “İnter Mayami” isə azarkeşləri önündə üstünlüyü əldən verərək mövsümün ən dramatik məğlubiyyətlərindən birini yaşayıb.
Qeyd: Qarşılaşma gərginliyi və bol qolları ilə yadda qalaraq Florida derbisinin nə qədər prinsipial olduğunu bir daha sübut edib.
© Copyright 2026, All Rights Reserved