DÇ-nin seçmə mərhələlərinin bombardiri Messidir!
Argentina millisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb. 90plus.az xəbər verir ki, 36 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Peruya qarşı matçda dubl etməklə nail olub. Nəticədə o, dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayını 31-ə çatdırıb. Bununla da forvard Cənubi Amerika üzrə DÇ-nin seçmə mərhələlərində ən çox qol vuran futbolçu olub. 2-ci yerdə Uruqvay millisinin üzvü Luis Suaresdir - 29 qol. Qeyd edək ki, Messi Argentina millisində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində futbolçu 178 oyun keçirib, 106 qol vurub və 56 qolun ötürməsini verib. Argentina yığması ilə Messi Amerika Kubokunu (2020/2021) və Dünya Kubokunu (2022) qazanıb. 4-cü turdan sonra Argentina sıralamada 12 xalla liderdir. Uruqvay isə 2-ci yerdədir (7 xal): ??Argentina: 12 xal ?? Uruqvay: 7 xal ?? Braziliya: 7 xal ?? Venesuela: 7 xal ?? Kolumbiya: 6 xal Komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu Uruqvaya qarşı keçirəcək.