Eyni mövsümdə iki avrokubok aldı
Qessan UEFA tarixində ilkə imza atdı. Eyni mövsümdə iki avrokubok aldı!
90plus.az xəbər verir ki, Kot-d’İvuar millisinin hücumçusu Evan Qessan UEFA tarixində unikal nailiyyətə imza atıb.
24 yaşlı futbolçu bir mövsümdə iki fərqli UEFA klub turnirinin qalibi olan ilk oyunçu kimi tarixə düşüb.
Qessan mövsümün ilk hissəsində İngiltərənin “Aston Villa” klubunun heyətində UEFA Avropa Liqasında çıxış edib. O, turnirdə 7 oyuna çıxaraq 2 qol vurub. Daha sonra futbolçu “Kristal Pelas”a keçib və UEFA Konfrans Liqasında 6 matçda iştirak edərək 1 dəfə fərqlənib.
Beləliklə, kot-d’ivuarlı hücumçu həm Avropa Liqasında, həm də Konfrans Liqasında qalib komandanın üzvü olaraq eyni mövsümdə iki UEFA kuboku qazanan ilk futbolçu olub.
© Copyright 2026, All Rights Reserved