“Fənərbağça”nın kapitanı 1 illik cəza aldı
Mert Hakan Yandaş 1 il diskvalifikasiya olundu – “Fənərbağça” qərara etiraz edir.
90plus.az xəbər verir ki, “Fənərbağça”klubunun kapitanı Mert Hakan Yandaş ilə bağlı ciddi qərar qəbul olunub. Türkiyə Futbol Federasiyası futbolçunu qanunsuz mərc fəaliyyətində iştirak etdiyi iddiası ilə 12 ay müddətinə diskvalifikasiya edib.
Federasiyanın açıqlamasında bildirilir ki, qərar Peşəkar Futbol Disiplin Komitəsi (PFDK) tərəfindən verilib və Yandaş “mərc fəaliyyəti” səbəbilə “futboldan uzaqlaşdırılıb”.
Qeyd: Futbolçunun adı bundan əvvəl də eyni məsələ ilə bağlı hüquqi proseslərdə hallanmışdı və o, bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılmışdı.
“Fənərbağça” klubu isə qərarla razılaşmayıb və rəsmi bəyanat yayıb. Klub açıqlamasında bu qərarın hüquqa zidd olduğunu bildirib:
“Kapitanımız Mert Hakan Yandaş haqqında verilən 12 aylıq cəza qəbul edilə bilməz. Hələ yekunlaşmamış proses əsasında belə bir qərar ədalət prinsiplərinə ziddir.”
Klub həmçinin qərarın ləğvi üçün Türkiyə Futbol Federasiyası Apellyasiya Şurasına müraciət ediləcəyini açıqlayıb:
“Fənərbağça idman klubu olaraq kapitanımızın yanında olduğumuzu bildiririk və prosesin sonuna qədər izləyəcəyik.”
© Copyright 2026, All Rights Reserved