Formula 1: Belçikada Norris hamıdan öndə olacaq
Formula 1 üzrə Belçika Qran-prisinin sıralanma turu başa çatıb.
90plus.az xəbər verir ki, "McLaren" komandasının britaniyalı sürücüsü Lando Norris təsnifat mərhələsinin qalibi olub və sabahkı əsas yarışa “poul pozisiyası”ndan – birinci sıradan start verəcək.
Norrisin ardınca onun komanda yoldaşı Oskar Piastri və “Ferrari” pilotu Şarl Lekler sıralanıb.
Bu gün səhər keçirilən sprint yarışının qalibi Maks Ferstappen isə sıralanma turunu 4-cü pillədə tamamlayıb.
Qeyd: Belçika Qran-prisinin əsas mərhələsi sabah saat 19:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved