“Formula 1”də növbəti dayanacaq – Belçika Qran-Prisi
“Formula 1” Dünya Çempionatında mövsümün 13-cü mərhələsi olan Belçika Qran-Prisi ilə həyəcan davam edir. Yarış Belçikanın məşhur "Spa-Francorchamps" avtodromunda keçiriləcək.
90plus.az xəbər verir ki, 7 kilometrlik trasda baş tutacaq yarış 44 dövrə üzərində təşkil olunacaq. Bu gün sprint təsnifat mərhələsi keçiriləcək, sabah isə BSİ 14:00-da sprint yarışı, BSİ 18:00-da isə sıralama turları başlayacaq. Əsas yarış isə 27 iyul Bazar günü, BSİ 17:00-da reallaşacaq.
İndiyədək mövsümdə:
“McLaren” pilotlarından Oskar Piastri 5 dəfə,
Lando Norris 4 dəfə,
“Mercedes” pilotu Corc Rassell 1 dəfə,
son dünya çempionu “Red Bull” pilotu Maks Ferstappen isə 2 dəfə qalib gəlib.
Oskar Piastri (Avstraliya) – 234 xal
Lando Norris (Böyük Britaniya) – 226
Maks Ferstappen (Hollandiya) – 165
Corc Rassell (Böyük Britaniya) – 147
Şarl Lekler (Monako) – 119
“McLaren” – 460 xal
“Ferrari” – 222
“Mercedes” – 210
“Red Bull” – 172
“Williams” – 59
Spa trasında baş tutacaq Belçika Qran-Prisi, mövsümün ən önəmli döngələrindən biri sayılır və xüsusilə hava şəraiti səbəbilə sürpriz nəticələrlə yadda qalması ilə tanınır.
© Copyright 2026, All Rights Reserved