“Frozinone” İtaliya A Seriyasına gəldi
“Frozinone” İtaliya A Seriyasına yüksəldi.
90plus.az xəbər verir ki, İtaliya B Seriyasında mövsümün son turundan sonra növbəti rəsmi qərar verilib.
"Frozinone” 5:0 hesablı “Mantova” qələbəsindən sonra A Seriyasına birbaşa vəsiqə qazanıb. Komanda bununla “Venesiya”dan sonra elitaya yüksələn ikinci klub olub.
“Frozinone” son dəfə İtaliya futbolunun ən yüksək divizionunda 2024-cü ildə çıxış etmişdi. Sarı-göylər iki illik fasilədən sonra yenidən A Seriyasına qayıdır.
Mövsümü üçüncü pillədə başa vuran “Monza” isə birbaşa yüksələ bilməyib və pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda yarımfinalda “Modena” – “Yuventus Stabia” cütünün qalibi ilə qarşılaşacaq. “Palermo” isə digər yarımfinalda “Katanya” – “Avellino” duelinin qalibi ilə üz-üzə gələcək.
Mövsümün həlledici mərhələsi artıq başlayır. 12 mayda pley-off oyunlarına start veriləcək, 15 və 22 may tarixlərində pley-out görüşləri keçiriləcək. 29 mayda isə A Seriyasına yüksələn üçüncü komanda müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved