Azərbaycan Kuboku, Final: Biletlər satışda!
Azərbaycan kubokunun finalına biletlər artıq satılır.
90plus.az xəbər verir ki, Azərbaycan kubokunun həlledici qarşılaşması üçün azarkeşlər artıq biletləri əldə edə bilərlər. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, mayın 13-də keçiriləcək final oyununda "Sabah" ilə "Zirə" üz-üzə gələcək. Görüş saat 20:00-da start götürəcək.
Matça biletlər artıq iticket.az üzərindən satışa çıxarılıb. Qarşılaşma Palms Sports Arena keçiriləcək.
Azarkeşlər biletləri müxtəlif qiymət kateqoriyalarında əldə edə bilərlər. Oturacaqlardan asılı olaraq qiymətlər 5 manatdan başlayır və 50 manata (“VIP Gold”) qədər yüksəlir.
Final oyununun yüksək maraq doğuracağı gözlənilir və tribunaların tam dolacağı ehtimal olunur.
© Copyright 2026, All Rights Reserved