Barkola yayın ən istənilən adı olacaq
PSJ-nin gənc hücumçusu Bredli Barkola yay transfer pəncərəsinin ən çox müzakirə olunan adlarından birinə çevrilə bilər.
90plus.az xəbər verir ki, futbolçunun nümayəndələri artıq mümkün variantları dəyərləndirməyə başlayıblar. Halbuki Barkolanın Paris klubu ilə müqaviləsi 2028-ci ilə qədər davam edir - TEAMtalk.
Məlumata əsasən, “Liverpul” 22 yaşlı futbolçunu uzunmüddətli perspektivdə Mohamed Salahın əvəzləyicisi kimi nəzərdən keçirir. “Arsenal” da hücum xəttini gücləndirmək üçün fransalı vingerin durumunu yaxından izləyən klublar arasındadır.
Bredli Barkola cari mövsümdə bütün turnirlərdə 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Buna baxmayaraq, o, PSJ-də əsas heyətin dəyişməz üzvü hesab olunmur. Məhz bu amilin futbolçunun gələcəyi ilə bağlı sualları artırdığı bildirilir.
Fransalı oyunçunun sürəti, driblinq bacarığı və bir neçə hücum mövqeyində oynaya bilməsi Premyer Liqa klublarının marağını daha da gücləndirir. Xüsusilə “Liverpul”un heyətdə yenilənmə planları fonunda Barkolanın adı transfer siyahısında ön sıralarda göstərilir.
© Copyright 2026, All Rights Reserved