Kukurelya “Barselona”ya qayıtmaq istəyir, klub almır
Mark Kukurelya "Barselona"ya qayıdışa açıqdır, lakin katalon klubu transferi planlaşdırmır.
90plus.az xəbər verir ki, “Çelsi”nin müdafiəçisi Mark Kukurelya klubdakı vəziyyətdən narazıdır və “Barselona”ya qayıtmağa açıqdır.
İspan futbolçu Londondakı rolundan məmnun deyil və keçmiş klubu ilə yenidən birləşmə variantını nəzərdən keçirir - Mundo Deportivo.
Lakin “Barselona” rəhbərliyi 27 yaşlı müdafiəçinin transferini gündəmdən çıxarıb. Klubun fikrincə, Kukurelyanın potensial transfer qiyməti yüksəkdir və bu, hazırda daha sərfəli sayılan Joao Kanselunun transferi ilə müqayisədə daha az prioritetdir. Kanselu “Barselona”da icarə əsasında çıxış edərkən göstərdiyi performansla klub rəhbərliyinin rəğbətini qazanıb.
Qeyd olunur ki, katalon klubu maliyyə səbəblərinə görə daha ucuz və uyğun variantlara üstünlük verməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved