Maks Verstappen “Red Bull” ilə Belçika sprint yarışının qalibi oldu
Formula 1 Dünya Çempionatının 13-cü mərhələsi öncəsi keçirilən sprint yarışında qalib “Red Bull” komandasının hollandiyalı pilotu Maks Verstappen oldu.
90plus.az xəbər verir ki, yarış Belçikanın məşhur "Spa-Francorchamps" avtodromunda, 7 kilometrlik trasda təşkil olundu. Verstappen 26 dəqiqə 37.997 saniyəlik nəticə ilə birinci yeri tutaraq xal cədvəlinə 8 xal əlavə etdi.
Sprint yarışında “MakLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Verstappenin cəmi 0.753 saniyə gerisində finişə gələrək ikinci yeri tutdu. Eyni komandanın britaniyalı sürücüsü Lando Norris isə 1.414 saniyə fərqlə üçüncü oldu.
Sıralama turları bu gün BSİ 18:00-da keçiriləcək. Əsas yarış isə sabah, 27 iyul Bazar günü BSİ 17:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved