“Man Siti”nin planı Rodriqonun qulağına xoş gəlir

”Mançester Siti” Rodriqonu transfer etmək planlarından əl çəkmir.
90plus.az xəbər verir ki, “Real Madrid”in futbolçusunun atası bir müddət əvvəl İngiltərə klubunun nümayəndələri ilə görüş keçirib. "Şəhərlilər" keçidin reallaşması üçün cəlbedici şərtlər irəli sürüblər.
"Man Siti” Rodriqoya "Los Blankos"da aldığı maaşdan daha yüksək əməkhaqqı ödəməyə hazırdır. Həmçinin 24 yaşlı braziliyalıya razılıq verəcəyi halda özünə doğma olan sol vinger mövqeyində daimi oynayacağına dair söz də verilib.
Rodriqo “Real Madrid”də Vinisiusun da eyni mövqedə çıxış etməsi səbəbindən hücumun sağ cinahında oynamağa məcburdur. Futbolçunun ətrafı onun aşağı məhsuldarlığını bununla əlaqələndirir.
📰: El Chiringuito & The Athletic
© Copyright 2025, All Rights Reserved