Millətlər Liqasında ilk finalçı İtaliya oldu
Qadınlar arasında keçirilən FIVB Voleybol Millətlər Liqasının yarımfinal mərhələsində İtaliya yığması Polşanı 3:0 hesabı ilə məğlub edərək turnirin ilk finalçısı olub.
90plus.az xəbər verir ki, mübarizə “Atlas Arena”da baş tutub. 84 dəqiqə davam edən qarşılaşmada setlər aşağıdakı kimi nəticələnib: 25–18, 25–16, 25–14.
Bu nəticə ilə İtaliya finala yüksəlib. Polşa isə sabah üçüncülük uğrunda oynayacaq.
“İtaliya” finalda Braziliya – Yaponiya matçının qalibi ilə qarşılaşacaq.
Oyun cədvəli:
Üçüncülük oyunu: 18:00 (Bakı vaxtı)
Final: 22:00 (Bakı vaxtı)
Hakimlər: Karina Noemi Rene (Argentina), Stanislava Simic (Serbiya)
İtaliya komandası: Orro, Fahr, Degradi, Sylla, Danesi, Egonu (De Gennaro, Antropova, Cambi, Giovannini)
Polşa komandası: Korneluk, Czyrnianska, Wenerska, Stysiak, Lukasik, Gryka (Szczyglowska, Smarzek, Damaske, Grabka, Jurczyk, Piasecka)
© Copyright 2026, All Rights Reserved