Modriç əməliyyat olundu, mövsümü bitirdi
RƏSMİ: Luka Modriç mövsümü başa vurdu – əməliyyat olundu.
90plus.az xəbər verir ki, İtaliya nəhəngi "Milan" ulduz yarımmüdafiəçisi Luka Modriçın əməliyyat olunduğunu rəsmən açıqlayıb.
Klubun yaydığı məlumata görə, xorvatiyalı futbolçu Milandakı “La Madonnina” klinikasında üz nahiyəsindən – sol yanaq sümüyünün (ziqomatik sümük) çoxsaylı qəlpəli sınığı səbəbindən cərrahi əməliyyat keçirib. Əməliyyat uğurla başa çatıb.
Bildirilib ki, əməliyyatda klub həkimləri də iştirak ediblər.
Bu zədə səbəbindən Modriç cari mövsümdə artıq meydana çıxmayacaq. Təcrübəli yarımmüdafiəçi bütün diqqətini bərpa prosesinə yönəldib və əsas hədəfi 2026-cı ildə keçiriləcək dünya çempionatına tam hazır olmaqdır.
“Rossoneri” futbolçuya tezliklə sağalmasını arzulayıb.
© Copyright 2026, All Rights Reserved