Məşhur idmançı UFC-dən uzaqlaşdırıldı
Amerikalı döyüşçü Mett Braun UFC-dən kənarlaşdırılıb.
90plus.az xəbər verir ki, yarış təşkilatçıları iştirakçıların siyahısında "təmizləmə işləri" apararaq 44 yaşlı idmançı ilə də yollarını ayırıblar.
M.Braun 2008-ci ildən UFC-də döyüşürdü və liqada 17 qələbə, 13 məğlubiyyəti mövcuddur.
Qeyd: M.Braun son dövrlərdə UFC-ni tərk edən yeganə idmançı deyil. Daha əvvəl britaniyalı Cordan Vuçeniç, amerikalı Trevin Gils, braziliyalı Vivian Arauxo və konqolu Ance Luza da UFC-dən uzaqlaşdırılmışdır.
© Copyright 2026, All Rights Reserved