Nadir seyvlər ustası Oçao futboldan gedir
Gilyermo Oçao karyerasını başa vurur – 6-cı Dünya Çempionatında iştirakdan sonra futbola vida söylədi.
90plus.az xəbər verir ki, Meksika millisinin əfsanəvi qapıçısı Gilyermo Oçao milli komandadakı karyerasını başa vuracağını açıqlayıb.
Təcrübəli qolkiper bildirib ki, o, karyerasını 2026-cı ildə keçiriləcək FIFA Dünya Kubokundan sonra bitirəcək. Bu yarış Oçoa üçün tarixi olacaq – o, 6 Dünya Çempionatında iştirak edən nadir futbolçulardan birinə çevriləcək.
Oçoa qərarı ilə bağlı-ə açıqlamasında belə deyib:
“Bu qərarı sakit şəkildə verirəm. Əlbəttə, çətindir, amma mənim vəziyyətimdə o qədər də çətin deyil. Uzun illər bu oyundan zövq almışam və bir məqam gəlir ki, həm beynin, həm də bədənin deyir – ‘artıq hər şeyi verdin’. Mən də həmin rahatlıqla vidalaşacağam.”
39 yaşlı qapıçı artıq beş Dünya Çempionatında – 2006-dan 2022-yə qədər – Meksika millisinin heyətində yer alıb və xüsusilə böyük turnirlərdə etdiyi möhtəşəm seyvlarla yadda qalıb.
Onun ən yaddaqalan çıxışlarından biri 2014-cü ildə FIFA Dünya Kuboku turnirində Braziliyaya qarşı oyunda olub. Həmin matçda etdiyi bir neçə inanılmaz qurtarış Oçoanı dünya futbolunun simvollarından birinə çevirmişdi.
2026 Dünya Çempionatı onun üçün son “rəqs” olacaq və futbol ictimaiyyəti artıq əfsanəvi qapıçı ilə vidalaşmağa hazırlaşır.
© Copyright 2026, All Rights Reserved