"Olimpiakos"dan tarixi transfer rekordu

İngiltərə Premyer Liqasının təmsilçisi “Brayton” Yunanıstanın “Olimpiakos” klubundan Çaralampos Kostulasla 5 illik müqavilə imzaladığını rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, bu transfer “Olimpiakos” tarixində yeni rekordla yadda qalıb.
Ferdi Kadıoğlunun da formasını geyindiyi “Brayton”un yaydığı rəsmi məlumatda bildirilir ki, 18 yaşlı hücumçu Kostulasla uzunmüddətli anlaşma əldə olunub. Transferin maliyyə detalları açıqlanmasa da, İngiltərə mediasının iddiasına görə müqavilənin ümumi dəyəri bonuslarla birlikdə 37 milyon avroya çatır.
“Olimpiakos” akademiyasının yetirməsi olan gənc forvard geridə qalan mövsümdə 37 oyunda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bu uğurlu çıxışı ilə Kostulas klub tarixinin ən bahalı satışına çevrilib və daha əvvəl Daniel Podensə görə qeydə alınmış 19,2 milyon avroluq rekordu arxada qoyub.
Bu transfer həm “Brayton” üçün yeni bir hücum silahı, həm də “Olimpiakos” üçün iqtisadi baxımdan tarixi bir addım kimi qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved