“Man Yunayted” yayda 100 milyonluq satış etmək istəyir
“Mançester Yunayted” transfer planını satışlar üzərindən qurur.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” yay transfer pəncərəsi üçün maliyyə strategiyasını müəyyənləşdirib. Klub rəhbərliyi futbolçu satışlarından əldə olunacaq gəlirlə əsas transfer hədəflərini reallaşdırmağa ümid edir.
İngiltərə mətbuatının məlumatına görə, “qırmızı şeytanlar” bu yay heyətdən ayrılacaq oyunçular hesabına 80-90 milyon funt sterlinq (90–105 milyon avro) gəlir əldə etməyi planlaşdırır. Bu vəsait isə prioritet sayılan mərkəz yarımmüdafiəçi transferini tam şəkildə maliyyələşdirə bilər - Mark Ogden.
Klub daxilində hesab edirlər ki, əsas hədəf həyata keçirildikdən sonra büdcənin böyük hissəsi digər mövqelərin gücləndirilməsinə yönəldiləcək.
Belə ki, “Mançester Yunayted” əlavə olaraq:
Rəhbərlik komandanın balansını gücləndirmək və növbəti mövsümdə daha rəqabətli heyət formalaşdırmaq niyyətindədir.
© Copyright 2026, All Rights Reserved