“Qarabağ” ÇL-in ən stabil 20 klubundan biri kimi…
“Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələlərinin ən stabil klublarından biri oldu.
90plus.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasında təsnifat mərhələlərindəki nəticələrinə görə Avropanın ən uğurlu 20 komandası sırasına daxil olub.
“Köhlən atlar” bu mərhələlərdə indiyədək 51 oyuna çıxıb, 25 dəfə qələbə qazanıb və ümumilikdə 88 xal toplayıb.
Bu nəticə ilə “Qarabağ” siyahıda 13-cü pillədə qərarlaşıb.Bir çox tanınmış Avropa klublarını arxada qoyan Ağdam təmsilçisi bu göstəricilərlə illərdir, ardıcıl uğur nümunəsi kimi seçilir.
© Copyright 2026, All Rights Reserved