“Liverpul” Arne Slotu istefaya yolladı
“Liverpul” Arne Slotu istefaya göndərdi – niderlandlı mütəxəssis “Milan”ın əsas namizədi kimi göstərilir.
90plus.az xəbər verir ki, “Liverpul” klubunda gözlənilməz ayrılıq rəsmiləşib. İngiltərə təmsilçisi baş məşqçi Arne Slotla yollarını dərhal ayırdığını açıqlayıb.
Məlumata görə, mövsümün yekunlarına dair aparılan daxili hesabatdan sonra klub rəhbərliyi niderlandlı mütəxəssislə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Beləliklə, Arne Slotun “Liverpul”dakı karyerası qısa müddətdə başa çatıb.
Klub daxilində artıq yeni baş məşqçi axtarışlarına start verilib. İngiltərə mətbuatının iddiasına əsasən, hazırda “Bornmut”un baş məşqçisi Andoni İraola “Liverpul” üçün əsas namizədlərdən biri hesab olunur.
Eyni zamanda, Arne Slotun adı artıq başqa bir böyük klubla da hallanır. İtaliya mediasının yazdığına görə, niderlandlı mütəxəssis eyni gün “Milan” klubunun baş məşqçi postu üçün əsas namizədlər sırasında yer alıb.
Məlumatlara əsasən, “Milan” rəhbərliyi komandanı yeni mövsümə hazırlamaq üçün məşqçi axtarışlarını sürətləndirib və Slotun namizədliyi ciddi şəkildə nəzərdən keçirilir.
© Copyright 2026, All Rights Reserved