“Qarabağ” cəzaya 8000 manat “saydı”
AFFA İntizam Komitəsindən “Neftçi” və “Qarabağ”a cəza! "Köhlən Atlar"ın cəzasının miqdarı çoxdur.
90plus.az xəbər verir ki, bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib və Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış Neftçi PFK – Qarabağ FK matçı ilə bağlı qərarlar açıqlanıb.
Qərara əsasən, “Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat məbləğində cərimələnib.
Digər tərəfdən, görüş zamanı “Qarabağ” azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi də diqqətə alınıb. Bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığı üçün klub 8000 manat cəriməyə məruz qalıb.
Beləliklə, İntizam Komitəsi hər iki klubla bağlı maliyyə sanksiyası tətbiq edib və stadion davranış qaydalarının pozulmasına görə sərt mövqe nümayiş etdirib.
© Copyright 2026, All Rights Reserved