Rahim Sterlinq eniş yaşayır
Rahim Sterlinqin “Feyenoord” macərası fiaskoya çevrildi.
90plus.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinq üçün “Feyenoord”dakı dövr uğursuz alınıb.
Niderland klubuna böyük ümidlərlə transfer edilən cinah oyunçusu mövsüm ərzində ciddi formada problemlər yaşayıb və gözləntiləri doğrulda bilməyib. Sterlinq “Feyenoord” forması ilə keçirdiyi matçlarda bir dəfə də olsun fərqlənə bilməyib.
Daha diqqətçəkən məqam isə odur ki, futbolçu komandanın son 4 qarşılaşmasında ehtiyat oyunçular skamyasında qalıb. Halbuki onun transferində israr edən şəxs məhz komandanın baş məşqçisi Robin van Persi olmuşdu.
Məlumata görə, tərəflər mövsümün sonunda yollarını ayırmağa hazırlaşır. Sterlinqin yay transfer pəncərəsində klubdan ayrılması gözlənilir.
Qeyd: Təcrübəli vingerin karyerasındakı eniş son illərdə daha da nəzərə çarpır və futbolçunun gələcək taleyi hazırda böyük sual altındadır.
© Copyright 2026, All Rights Reserved