“Neymar mundiala yararlı deyil” düşünülür.Səbəblər
Braziliyada Neymar narahatlığı: Dünya Çempionatı üçün təhlükə yarana bilər.
90plus.az xəbər verir ki, Neymarın 2026 Dünya Çempionatı üçün Braziliya millisinin heyətinə düşmək şansları ölkə futbol rəhbərliyində ciddi müzakirə mövzusuna çevrilib.
Məlumata görə, Braziliya Futbol Federasiyası daxilində ulduz futbolçunun oyun ritmini bərpa edə bilməməsi ilə bağlı narahatlıq artır. Bildirilir ki, Neymar uzun müddətdir, ardıcıl 8 oyunda meydana çıxmağı bacarmır və bu durum onun fiziki durumuna dair şübhələri gücləndirib.
Xüsusilə “Santos”un “Mirassol”la qarşılaşmasında Neymarın heyətdə yer almaması diqqət çəkib. İddialara görə, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti məhz onu izləmək üçün stadionda olmağa hazırlaşırdı və həm klub, həm də futbolçu bu barədə əvvəlcədən məlumatlandırılmışdı.
Digər tərəfdən, Neymarın süni örtüyə görə “Palmeyras”a qarşı derbidə oynamaqdan imtina etməsi də federasiya daxilində əlavə narahatlıq yaradıb. Rəhbərlik futbolçunun Dünya Çempionatı kimi uzun və intensiv turnirin fiziki tələblərinə tab gətirə bilməyəcəyindən qorxur.
Qeyd: Neymar son illərdə ardıcıl zədələr səbəbindən stabil çıxış etməkdə çətinlik yaşayır.
Mənbələr: opilhado; DataFutebol; Braziliya mediası
© Copyright 2026, All Rights Reserved