“Arsenal” əməkdaşlarının ÇL finalı xərclərini ödəmir. Narazılıq var
“Arsenal” əməkdaşları klubdan narazıdır – ÇL finalı üçün ciblərindən təxminən 1500 dollar ödəməlidirlər.
90plus.az xəbər verir ki, "Arsenal" əməkdaşlarının bir qismi klub rəhbərliyinin Çempionlar Liqasının finalı ilə bağlı qərarından narazı qalıb - TeleFootball.
Məlumata görə, London təmsilçisi işçilərinə final matçı üçün pulsuz bilet təqdim etsə də, Budapeştə səfər xərclərini qarşılamaqdan imtina edib. Klub əməkdaşlarına üçüncü tərəf şirkət vasitəsilə təşkil olunan çarter reysi təklif olunub və bu uçuşun qiyməti 859 funt sterlinq (təxminən 1500-1600 dollar) təşkil edib.
Bu qərarın klub daxilində məyusluq və narazılıq yaratdığı bildirilir. Xüsusilə də PSJ rəhbərliyinin bütün əməkdaşlarının səfər xərclərini tam şəkildə qarşılaması müqayisələri daha da artırıb.
Qeyd olunur ki, final günü işləyəcək bəzi əməkdaşların uçuş xərcləri klub tərəfindən ödənilsə də, sadəcə oyunu izləmək istəyən işçilər səfəri öz hesablarına maliyyələşdirməlidirlər.
“Arsenal” 20 ildən sonra ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib. Mikel Artetanin komandası yarımfinalda “Atletiko Madrid”i iki oyunun nəticəsinə əsasən 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
UEFA London klubuna final üçün 16 824 bilet ayırıb. Qarşılaşma mayın 30-da Puşkaş Arena stadionunda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved