“Real” Mbappeyə qəzəblidir
“Real Madrid” Mbappeyə qəzəblidir: tunelə erkən yollandı.
90plus.az xəbər verir ki, “Real Madrid”ın rəhbərliyi Kilian Mbappenin “Betis”ə qarşı keçirilən oyunda (1:1) davranışından ciddi narazı qalıb.
Məlumata görə, fransalı hücumçu qarşılaşma zamanı diqqətçəkən addım atıb. O, əvvəlcə sakit şəkildə vaxta baxıb, daha sonra isə heç bir reaksiya vermədən birbaşa tunelə yollanıb. Bu hərəkət klub daxilində narazılıq yaradıb.
Mənbənin (ABC) iddiasına əsasən, “kral klubu”nun rəhbərliyi və məşqçi heyəti Mbappenin bu davranışını peşəkarlığa uyğun hesab etmir.
Hadisənin detalları və futbolçu ilə bağlı mümkün addımların yaxın günlərdə daha da aydınlaşacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved