"Sumqayıt" "Karvan Yevlax"ı səfərdə uddu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyunları başlayıb.
90plus.az xəbər verir ki, turun ilk qarşılaşmasında turnir cədvəlinin sonlarında yer alan “Karvan-Yevlax” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Yevlax şəhər stadionunda baş tutan görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıblar. “Sumqayıt”ın qollarını Aleksa Yankoviç və Ronaldo Vaskes vurublar.
MATÇDA VURULAN QOLLARA BU CÜMLƏYƏ KLİK EDƏRƏK KEÇİD EDİN
Bu qələbə sayəsində xallarının sayını 30-a yüksəldən “kimyaçılar” turnir cədvəlində 4-cü pilləyə qalxıblar. “Karvan-Yevlax” isə 6 xalla 12-ci, yəni sonuncu sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved