Ukraynalı boksçu çempion titulunu qorudu
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə super ağır çəki dərəcəsinin mütləq dünya çempionu adı uğrunda döyüş keçirilib.
90plus.az xəbər verir ki, “Uembli” stadionunda təşkil olunan döyüşdə WBA, WBC və WBO kəmərləri üzrə dünya çempionu Oleksandr Usik IBF çempionu Daniel Dübua ilə qarşılaşıb.
Ukraynalı Usik 5-ci raundda rəqibini dəqiq zərbələrdən sonra nokauta göndərib.
Bununla da, Usik mütləq dünya çempionu titulunu qoruyub.
© Copyright 2026, All Rights Reserved