Yannik Sinner "Uimbledon" çempionu oldu – Alkarazı 3-1 məğlub etdi
Mövsümün üçüncü "Böyük Dəbilqə" turniri olan "Uimbledon"da kişi təkbətək yarışının qalibi bəlli olub.
90plus.az xəbər verir ki, final qarşılaşmasında italiyalı Yannik Sinner ispaniyalı Karlos Alkaraz üzərində 3-1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə "Uimbledon"da çempionluq sevinci yaşayıb.
Oyuna sürətli başlayan AlKaraz ilk seti 6-4 hesabı ilə qazanaraq üstünlüyü ələ alıb. Lakin ikinci setdən etibarən oyuna nəzarəti ələ alan Sinner ardıcıl olaraq 6-4, 6-4 və 6-4 hesablı setlərlə qalib gəlib və finalı 3-1 hesabı ilə tamamlayıb.
Bu nəticə ilə Sinner "Avstraliya Açıq" və "Amerika Açıq" turnirlərindən sonra karyerasında üçüncü "Grand Slam" titulunu qazanıb, "Uimbledon"da isə ilk dəfə kuboka sahib çıxıb.
© Copyright 2026, All Rights Reserved